Gənc rejissor Beynəlxalq Teatr Festivalında

Gənc rejissor Beynəlxalq Teatr Festivalında

Gənc rejissor Beynəlxalq Teatr Festivalında

Beynəlxalq Teatr Festivalında Gəncə Dövlət Dram Teatrının gənc rejissoru Elşad Əhmədov təmsil olunur. Belə ki, 7-10 oktyabr tarixlərində İstanbulda “3-cü Maltəpə Beynəlxalq Teatr Festivalı” keçirilib.

Bu barədə 101.az -a məlumatı Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev bildirib. Onun sözlərinə görə Festivalda Ukrayna, Rusiya, Özbəkistan, İspaniya, Cənubi Kipr və Türkiyə Cümhuriyyətinin müxtəlif dövlət və bələdiyyə teatrları iştirak ediblər. Anar Burcəliyev həmçinin bildirib ki, “Festival komitəsinin qərarına əsasən iştirak edən teatr qrupları Azərbaycan, Türkiyə, Serbiya, Ukrayna, Özbəkistan teatrlarından olan jüri tərəfindən 10 nominasiya - ən yaxşı tamaşa, ən yaxşı kişi aktyoru, ən yaxşı qadın aktrisası, ən yaxşı ikinci dərəcəli kişi aktyoru, ən yaxşı ikinci dərəcəli qadın aktrisası eləcə də Emin Olcay adına istedadlı və gənc aktyor, Hayat Olcay adına istedadlı və gənc aktrisa, ən yaxşı səhnə tərtibatı və ən yaxşı geyim üzrə mükafatlandırılmalar olub”.

Qeyd edək ki, “Festival proqramı çərçivəsində Serbiya Dövlət Teatrının bədii rəhbəri və direktoru İvana Nedeljikoviç “Tamaşa zamanı emosiyaların idarə edilməsi”, Gəncə Dövlət Dram Teatrının gənc rejissoru Elşad Əhmədov “Aktyor müşahidəsi və xarakter analizi”, Ukrayna Teatrının aktrisası Natalya Polovyanka “Söz və səs”, İspaniya-Qaliçya Dövlət Teatrının aktrisası isə “Səhnədə hərəkətin idarə olunması” adlı ustad dərslərini də keçmişlər.









101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR