Gəncədə “Zəfər yolçuları” adlı qısametrajlı film təqdim olunub

Gəncədə “Zəfər yolçuları” adlı qısametrajlı film təqdim olunub

Gəncə şəhərində “Zəfər yolçuları” adlı qısametrajlı filmin təqdimatı baş tutub. Təqdimat mərasimində şəhər rəsmiləri, millət vəkilləri, təhsil şöbəsinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

Tədbir iştirakçılarına məlumat verilib ki, Film şəhidlərin ruhuna ehtiram, xatirəsinə hörmət, haqq savaşımızda qəhrəmanlıq göstərənləri şagirdlərə daha yaxından tanıtmaq məqsədilə çəkilib. 8 dəqiqəlik filmdə 44 günlük Vətən Müharibəsi şəhidlərinin və Gəncə şəhərinin Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin xatirəsi yad edilir.

Ekran əsərinin ərsəyə gəlməsində Gəncə şəhər 23 nömrəli tam orta məktəbin ibtidai-sinif müəllimi Əminə Kazımlı və həmin təhsil müəssisəsinin sagirdləri yaxından iştirak ediblər. Filmin senari müəllifi Əminə Kazımlı, rejissoru Elçin Rəhimoğludur.

















101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR