Paşinyan Putinlə görüşü məhsuldar adlandırdı

Paşinyan Putinlə görüşü məhsuldar adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putin ilə danışıqları məhsuldar adlandırıb.

“101.az” xəbər verir ki, Paşinyan bu barədə məlumatı öz rəsmi tviter hesabında paylaşıb.

“Bu gün Rusiya Prezidenti Vladimir Putin ilə görüşdüm. Görüş çox məhsuldar keçdi. Danışıqlar zamanı həm iki ölkə arasında gündəm olan məsələləri, həm də regiondakı vəziyyəti müzakirə etdik. Əldə olunan razılaşmaların icrası üçün əlaqələri davam etdirəcəyik”, - deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyanla Vladimir Putin arasında görüş oktyabrın 12-si Moskvada keçirilib.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR