Gəncədə 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə konsert təşkil olunub.

Gəncədə 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə konsert təşkil olunub.

18.10.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş bayram konserti təşkil olunub.
Əvvəlcə Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü, eləcə də Qarabağ müharibəsində şəhid olmuş Vətən ovladlarının əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Konsert proqramını F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” Estrada Ansamblı (bədii rəhbər Şəhriyar Tağıyev) təqdim edib.

Azərbaycanın Dövlət Himni səsləndirildi.
Musiqi proqramında Azərbaycan bəstəkarları Polad Bülbüloğlunun, Tofiq Quliyevin, Oktay Kazımının, Müslüm Maqomayevin, Oktay Rəcəbovun, Arif Məlikovun, Elza İbrahimovanın, Nailə Mirməmmədlinin Azərbaycanın müstəqilliyini vəsf edən mahnılarlar ifa olundu.

Konsertdə Respublikanın Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Rüstəm Cəfərov, Xəyal Əliyev, Əli Məmmədov, İlham Vəlioğlu, Yaqub Yaqubzadə, Zeynəb Hüseynova, Samirə Məmmədova, İslam Əlizadə, Vasif Bayramov çıxış ediblər.

“Xəmsə” estrada ansamblının nəzdində yaradılmış “Eltrio” qrupu (rəhbər Elvin İsgəndərov) “Qarabağ” mahnısını ifa edib.
Konsert Rüstəm Cəfərovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başa catıb, səhnəyə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət bayrağı gətirilib.

Konsertin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov konsertin təşkilatçılarına və bütün ifaçılara öz minnətdarlığını bildirib.















101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR