Hüseyn ad günündə dostuna 50 min dollar hədiyyə verdi - Video

Hüseyn ad günündə dostuna 50 min dollar hədiyyə verdi - Video

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov, müğənnilər Navai və Hammali məşhur biznesmen və bloger Vadim Boqaçın ad gününə qatılıb.

101.az xəbər verir ki, Hüseyn ona apardığı hədiyyəni sosial şəbəkədə paylaşıb. Belə ki, bloger həmkarına çantasından çıxardığı 5 paçka 100 dollar hədiyyə verib. O bildirib ki, Vadimlə 5 ildir dostluq edirlər. Bu münasibətlə 5 paçkanı seçib.

Hüseyn daha sonra "İstədiyin kimi yaşamaq üçün milyarderin övladı olmaq lazım deyil. Biz sənə nümunəyik. Hekayəmdə olan bütün uşaqlar adi, sadə ailədəndilər. Biz bacardıq və bundan sonra da istədiklərimizə nail olacağıq" sözlərini əlavə edib.

Onun hekayə bölümündə yayımladığı görüntülərdə Navai və Hammali də yer alıb.

https://ok.ru/video/2951430933204

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR