Duman qəzaya səbəb oldu

Duman qəzaya səbəb oldu

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

101.az xəbər verir ki, hadisə rayonun Pərdi kəndində qeydə alınıb.

Belə ki, kənd ərazisində havanın dumanlı vaxtı görmənin məhdud olması “VAZ 21099” və “VAZ 2106” markalı minik avtomobillərinin toquşşmasına səbəb olub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR