Azərbaycan iki İran vətəndaşını ölkələrinə qaytardı - Rəsmi

Azərbaycan iki İran vətəndaşını ölkələrinə qaytardı - Rəsmi

Dövlət Gömrük Komitəsi ölkələrinə qaytarılan İran vətəndaşları ilə bağlı açıqlama yayıb.

“101.az” xəbər verir ki, məlumatda deyilir:

“Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarı müvafiq razılaşmaya əsasən, oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarıb.

Xatırladaq ki, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar”.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR