Türkiyədə dincələn Rusiya vətəndaşı faciəvi şəkildə öldü

Türkiyədə dincələn Rusiya vətəndaşı faciəvi şəkildə öldü

Rusiya vətəndaşı Türkiyənin cənubunda istirahət zamanı həlak olub.

“101.az” “TASS” agentliyinə istinadən xəbər verir ki, hadisə Alanya bölgəsində qeydə alınıb.

Bildirilir ki, oktyabrın 17-si 1982-ci il təvəllüdlü Rusiya vətəndaşı gecə saatlarında fırtınalı havada dənizdə üzərkən itkin düşüb.

Türkiyənin hüquq-mühafizə orqanlarının həyata keçirdiyi axtarış tədbirləri nəticəsində sözügedən şəxsin cəsədi oktyabrın 19-u açıq dənizdə aşkar olunub.

Qeyd olunur ki, yerli prokurorluq baş vermiş hadisə ilə bağlı Rusiya tərəfini rəsmi şəkildə məlumatlandırıb. Hazırda hadisənin detalları araşdırılır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR