Onlayn narkotik satan narkomafiyaya hökm oxundu

Onlayn narkotik satan narkomafiyaya hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham olunan Fərid Rəhimov, Xətai Əlizadə və Tərlan Əhədovun cinayət işi üzrə məhəkəmə araşdırması başa çatıb.

101.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, Fərid Rəhimov və Xətai Əlizadə 13 il, Tərlan Əhədov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, adıçəkilən şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Onlar İrandan Azərbaycana gətirilən narkotik vasitələrin satışını onlayn şəkildə həyata keçirirmişlər. Saxlanılan şəxslərdən ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Tərlan Əhədovun üzərindən isə 1 ədəd “Falcon sport” markalı tapança və ona aid 7 ədəd patron da götürülüb. Tərlan Əhədov narkotiki Əli adlı İran vətəndaşından aldığını bildirib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR