Rumıniya prezidenti yeni hökumətin formalaşdırılmasını müdafiə nazirinə tapşırıb

Rumıniya prezidenti yeni hökumətin formalaşdırılmasını müdafiə nazirinə tapşırıb

Rumıniya prezidenti Klaus Yohannis ölkədə yeni hökumətin formalaşdırılmasını müdafiə naziri Nikolae Çukeyə tapşırıb.

101.az-ın məlumatına görə, bu barədə prezident mətbuata açıqlamasında deyib.

Qeyd edək ki, oktyabrın 5-də əvvəlki baş nazir Florian Kıtsu Rumıniya parlamentinin etimadsızlıq səsverməsi nəticəsində istefa vermişdi.

Bir müddət əvvəl "Rumıniyanın xilası naminə ittifaq" partiyasının rəhbəri Daçian Çoloş hökuməti formalaşdıra bilməmişdi.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR