İlham Əliyev və Paşinyan görüşü barədə danışmaq hələ tezdir...

İlham Əliyev və Paşinyan görüşü barədə danışmaq hələ tezdir...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yeni açıqlama verib.

101.az xəbər verir ki, Peskovun bəyanatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva görüşü ilk tanışlıq olub:

“Gələcəkdə tərəflər arasında keçiriləcək görüşlər barədə fikir söyləmək və danışmaq hələ tezdir”.

Qeyd edək ki, Paşinyan dünən “Facebook” səhifəsində belə yazıb:

“Rusiya prezidenti Vladimir Putin məni Azərbaycan dövlət başçısı İlham Əliyevlə tanış etdi”.

Onun sözlərinə görə, bu, “tanışlıq mərasimi” kimi olub. “Heç bir ünsiyyət, danışıq yaxud müzakirə olmadı”, -deyə N. Paşinyan qeyd edib.

101.az (Ölkə.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR