DİQQƏT: Ermənilər Qazaxda quzu otaran qadını vurdular

DİQQƏT: Ermənilər Qazaxda quzu otaran qadını vurdular

Qazax rayonunda gənc qadın ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

101.az-ın xəbərinə görə, rayonun Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləma Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Ailə üzvləri onun erməni silahlılarının açdığı atəş nəticəsində yaralandığını bildiriblər. Onların sözlərinə görə, G. Ağamalıyeva təmas xəttinə yaxın ərazidə quzu otararkən, ermənilər atəş açıb. Nəticədə o, xəsarət alıb.

101.az (Milli.Az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR