Mərhum nazirin gəlinindən ərinə ROMANTİK TƏBRİK: “Əsl sevgi...”

Mərhum nazirin gəlinindən ərinə ROMANTİK TƏBRİK: “Əsl sevgi...”

Safura Əliyeva həyat yoldaşı Fərhad Əliyevi evliliklərinin ildönümü münasibətilə təbrik edib.

101.az xəbər verir ki, S.Əliyeva sosial şəbəkədə əsl sevgi (#reallove) həştəqi altında həyat yoldaşı ilə birlikdə şəklini paylaşıb və bu təbriki ünvanlayıb:

“Bu gün bizim evliliyimizin ildönümüdür! Nikahımızın bu 5 ili o qədər gözəl və füsunkar keçdi ki, nə qədər sürətli uçduqlarını belə anlamadım. Bir çox hadisə, çox parlaq və xoşbəxt günlər... Amma bizi qarşıda hələ çox şey gözləyir və əlbəttə ki, sonsuzadək birlikdəyik. Özünüzə yaxşı baxın və ailənizi qiymətləndirin. Çünki ailə dəyərli və müqəddəsdir”.

Xatırladaq ki, S.Əliyeva Azərbaycanı 2010-ci ildə “Eurovision” musiqi yarışmasında layiqli şəkildə təmsil edərək 5-ci yerdə qərarlaşmışdı. Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurduqdan sonra müğənnilik karyerası ilə birdəfəlik vidalaşan Safura 2 övlad sahibidir.

Fərhad Əliyevin ilk nikahından isə Aliyə adlı bir qızı var.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR