Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətini təşkil edəcək

Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətini təşkil edəcək

Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətinin təşkil olunmasında razılığa gəlib.

101.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

E.Rüstəmov bildirib ki, Azərbaycan tərəfi Türkiyə dövləti, onun maliyyə infrastrukturu ilə geniş əməkdaşlıq edir:

"Razılığa gəlmişik ki, Türkiyənin “İstanbul Fond Birjası”nda listinqdə olan qiymətli kağızlar “Bakı Fond Birjası”nda, Azərbaycana məxsus qiymətli kağızlar isə Türkiyə birjasında ticarət olunsun", - Mərkəzi Bankın sədri deyib.

E.Rüstəmov bildirib ki, böyük şirkətlərlə əməkdaşlıq davam edir:

"Onlar öz qiymətli kağızlarını buraxmaq istəyirlər. Sığorta bazarında inkişaf potensialı böyükdür. 2022-ci il yeni sosial iqtisadi strategiyanın, yeni onilliyin başlanğıc ilidir", - deyə Elman Rüstəmov qeyd edib.

101.az(trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR