Gəncədə Nizami Gəncəvi ili çərçivəsində keçirilən festival davam edir

Gəncədə Nizami Gəncəvi ili çərçivəsində keçirilən festival davam edir

Gəncədə Mədəniyyət Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir. 15-26 noyabr tarixini əhatə edən festival Bakı və Gəncə şəhərlərində gerçəkləşir.

Festivalın ikinci günündə təşkil olunan proqramda Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Qonalar əvvəlcə Məhsəti Gəncəvi Mərkəzinin önündə “Xəmsə” ritm qrupunun ifasına tamaşa ediblər, Mərkəzdə təşkil olunan Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanan sərgiyə baxış keçiriblər.

Daha sonra “Gəncə şairlərinin İrfan məclisi” adlı ədəbi-bədii kompozisiyası təşkil olunub. Gəncə Dövlət Dram teatrının kollektivi tərəfindən hazırlanan kompozisiyada müxtəlif əsrlərdə yaşayan Azərbaycanın tarixi şəxsiyyətləri olan Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Nigar Rəfibəyli, Nizami Gəncəvi və digər dahi şairləri bir araya gətiriblər.

Proqramın davamı olaraq Gəncə Dövlət Filarmoniyasının qarşısında Nizami Gəncəvinin “Xəmsə”si motivləri əsasında “Xəmsə” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib.













Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR