Gəncədə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş fləşmob təşkil olunub

Gəncədə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş fləşmob təşkil olunub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkədə noyabr ayının 15-dən start götürmüş Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində silsilə tədbirlərin davamı olaraq Gəncədə dahi şairin 880 illiyinə həsr olunmuş fləşmob keçirilib.

101.az bildirir ki, Heydər Əliyev adına Meydanda baş tutan fləşmob Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə şəhər Təhsil İdarəsinin dəstəyi, Gəncə şəhər İctimai İştirakçılıq Məclisinin təşəbbüsü, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

8800 nəfərin iştirakı ilə baş tutan fləşmobda Gəncə Maarif İctimai Birliyinin könüllüləri, şəhərin ali təhsil müəssisələrinin gəncləri, orta məktəb şagirdləri dahi şair Nizami Gəncəvinin portretini və 880 rəqəmini canlı olaraq yaradıblar.

Qeyd edək ki, fləşmobun xoreoqrafı Mobil Qarayevdir.

101.az


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR