"Balaşı o qədər yorduq ki, elə bil 70 yaşında öldü" - Xatun

"Balaşı o qədər yorduq ki, elə bil 70 yaşında öldü" - Xatun

"Onun bu dünyadan vaxtsız gedişi hamını yandırdı. Gecə-gündüz ailəsi üçün çalışırdı. Biz dörd övladı hər zaman bir arada tutmağa çalışırdı".

101.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyev "Elgizlə izlə" proqramında deyib. Sənətçi dünyasını dəyişən stilist qardaşı Balaşdan bəhs edib:

"Rəhmətə getməzdən əvvəl bacımla aramı elə düzəldirdi ki... Aramız bir az sərin olan kimi başlayırdı. Balaş bibisinə, xalasına, hamıya yaxşı davranırdı. 37 yaşında rəhmətə getdi. Onu o qədər yorduq ki, elə bil 70 yaşında dünyasını dəyişdi. Mənim oğlum, bacımın övladı üçün nələr etdi. Kimə nə etdirsə, həmin adam bildi-bilmədi fərqi yox idi. Deyirdi, Allah bilsin bəsdir. Sosial şəbəkələr başlayanda deyirdim filankəslər instaqramla işləyir. Deyirdi yox, istəmirəm".



101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR