Türkiyədəki bu vəhşilik məşhurları AYAĞA QALDIRDI – FOTO

Türkiyədəki bu vəhşilik məşhurları AYAĞA QALDIRDI – FOTO

Sakaryada bala itə dəhşətli işgəncə verib ölümünə səbəb olan şəxs və ya şəxslər Türkiyədə hər kəsi hiddətləndirib. Cəmiyyətin demək olar ki, hər təbəqəsi sosial şəbəkədə hadisəyə kəskin reaksiya göstərib. Dəhşətli hadisə ilə bağlı minlərlə insan tvit yazaraq heyvanlara işgəncə verənlərin həbs edilməsi tələbi ilə çıxış edib.

101.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəhşi hadisəyə reaksiya göstərənlərdən biri də aktrisa Dilan Çiçək Dəniz olub.

Aktrisa Sakaryada dörd pəncəsi və quyruğu kəsilmiş halda tapılan və əməliyyat zamanı ölən it haqqında bunları yazıb:

“Heç şeir oxumamış kimi pissiniz. Bir itin başını sığallamamış kimi, bayram şəkəri paylamayan, uşaqla uşaq olmaış kimi pissiniz”.

Aktyor Şahab Gökbakar isə #heyvanlaraşiddətəson həştəqi altında “Qorxma, orda kimsə əllərini və ayaqlarını balta ilə kəsməyəcək. İstədiyin kimi qaçıb oynayacaqsan. Rahat, uyu dostum” yazıb.

Aktrisa Hande Erçel də dəhşətli olaya biganə qalmayıb: “Bu məsum yavruya bunu yaşadacaq qədər kirlənmiş ürəklərsiniz...”

Məşhur model Çağla Şikel hesab edir ki, heyvanlarla insanı öldürmək eyni cinayətdir: “Bir insanı öldürməklə bir heyvanı öldümrək bərabər sayılsın. İnsanı öldürən şəxsə ağır cəza verildiyi kimi heyvan qatillərinə də cəza verilsin. Verilməlidir”.

Olaya Türkiyənin siyasi xadimləri də münasibət bildirib. İllərdir heyvanlara qarşı törədilən cinayətlərə qarşı qanun çıxarılması üçün mübarizə aparan qeyri-hökumət təşkilatları, həssas vətəndaşlar və dərnəklərin çağırışına qulaq asmayan siyasətçilər nəhayət ki, vəhşi hadisədən sonra sosial şəbəkədə bu barədə qanun çıxaracağına dair məlumat veriblər.

101.az (Publika.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR