Fransanın “Figaro” qəzeti azərbaycanlı məktəbli Reyhan Camalovanın ixtirasından yazıb

Fransanın “Figaro” qəzeti azərbaycanlı məktəbli Reyhan Camalovanın ixtirasından yazıb


Fransanın tanınmış “Figaro” qəzetində “Azərbaycanda yağış enerjiyə çevrilib” sərlövhəli məqalə dərc olunub.

101.az xəbər verir ki, məqalədə 15 yaşlı məktəbli Reyhan Camalovanın “Hər evi işıqlandıraq” devizi ilə hazırladığı “Rainergy” layihəsindən bəhs edilib. Reyhan Camalovanın, onun rəfiqəsi Zəhra Qasımzadənin yağış suyunu enerjiyə çevirən qurğunun layihəsini fizika müəllimlərinin köməyi ilə dörd ay müddətində hazırladıqları diqqətə çatdırılıb. Qeyd edilib ki, artıq iki prototip sınaqdan keçirilib. Azərbaycan dövləti yeni aparatın istehsalının ilkin xərclərini öz üzərinə götürüb.

Yazıda vurğulanıb ki, “Rainergy” layihəsi ilk dəfə 2017-ci ilin noyabrında Hindistanda gənc sahibkarlar sammitində təqdim olunub. Həmin vaxtdan layihə sərmayəçilərin diqqətini cəlb edib. “Forbes”un 2018-ci il üçün açıqladığı reytinq siyahısında Reyhan Camalova Asiya qitəsi üzrə yaşı 30-dan az olan yaradıcı şəxslər arasında 30-cudur.

101.az (AZƏRTac)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR