Neft cüzi ucuzlaşıb

Neft cüzi ucuzlaşıb

Bəzi ölkələrin strateji neft ehtiyatlarının istifadəyə açılması ehtimalının yaranması neftin ucuzlaşmasına səbəb olub.

101.az xəbər verir ki, bu gün səhər hərraclarında Bakı vaxtı ilə saat 8:41-ə olan vəziyyətə görə “Brent” markalı neftin yanvar fyüçersləri 0,49 faiz uuczlaşaraq 79,31, WTI markalı neftin isə 0,04 faiz ucuzlaşaraq 79,19 ABŞ dollarından satılıb. Hərrac zamanı “Brent” son iki aya yaxın müddət ərzində ilk dəfədir 78 dollar həddindən aşağı düşüb.

Qeyd edək ki, bundan əvvəl “Bloomberg” ABŞ Prezidenti Cozef Baydenin strateji neft ehtiyatını bu gündən istifadəyə açacağını, daha sonra Hindistan, Yaponiya, Cənubi Koreya tərəfindən bənzər addımlar atılacağını bildirib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR