"Mədəniyyət Nazirliyində iki yeni şöbə yaradılıb" - Anar Kərimov

"Mədəniyyət Nazirliyində iki yeni şöbə yaradılıb" - Anar Kərimov

“Mədəniyyət Nazirliyində iki yeni şöbə yaradılıb. Bunlardan biri Yaradıcı sənayelər və rəqamsal inkişaf şöbəsidir. Adından da göründüyü kimi bu yeni yanaşmadır”.

Bunu “101.az”a açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, yaradıcı sənayelər hazırda dünyada çox inkişaf etmiş bir sahədir: “İstəyirik ki, bu təcrübəni Azərbaycana gətirək. Aparıcı ölkələrin bununla bağlı təcrübələrini də öyrənirik. Yaradıcı sənayelər ÜDM-in artırılmasına, iqtisadiyyatın inkişafına böyük töhfə verə biləcək bir sahədir. Ona görə də istəyirik ki, bu sahəyə fokslanaq və fəaliyyətimizi bu sahədə inkişaf etdirək”.

Nazir bildirib ki, digər şöbə isə Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsidir: “Adından da göründüyü kimi, fəaliyyətimizi daha çox layihəyönümlü fəaliyyətə çevirmək istəyirik. Hər bir layihəyə investisiya qoyulan zaman onun konkret nəticələri nəzərdən keçiriləcək və qiymətləndiriləcək”.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR