45 yaşlı kişi morqda dirildi

45 yaşlı kişi morqda dirildi

Hindistanda motosiklet qəzası keçirən şəxsin ürəyi dayanıb.

101.az xəbər verir ki, 45 yaşlı kişi qısa zamanda xəstəxanaya çatdırılsa da, həkimlər onun çoxdan öldüyünü bildiriblər. Daha sonra həkimlər kişinin ailəsinə onun öldüyü barəsində məlumat veriblər. Bundan sonra kişinin cansız bədəni meyitxanaya göndərilib və 6 saat dondurucuda qalıb.

Yaxınları və polis meyiti müayinə edib götürməyə gələndə həyatlarının şokunu yaşayıblar. Belə ki, kişinin nəfəs aldığını görüblər. Öldü deyə morqa göndərilən şəxs yenidən xəstəxanaya aparılıb. 45 yaşlı kişini komaya salıblar.

Polis kişinin ölümünü qeydə alan həkimləri həbs edəcəyini bildirib.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR