Leonardo Di Kapriodan az qonarar aldığını öyrəndi

Leonardo Di Kapriodan az qonarar aldığını öyrəndi

Aktrisa Cennifer Lourens “Yuxarı baxma” filmindəki tərəf müqabili, aktyor Leonardo Di Kapriodan daha az ödəniş aldığını öyrənib.

101.az-ın xarici mediaya istinadən məlumatına görə, aktrisa mövzuya "Variety" nəşrinə verdiyi müsahibədə münasibət bildirib. O, Leonardo Di Kaprio ilə qazancları arasındakı 5 milyon dollarlıq fərqdən (Laurensin qonorarı 25 milyon dollar, Di Kaprionun isə 30 milyon dollar) narahat olmadığını ifadə edib. Buna baxmayaraq, o, Hollivudda qadınlarla kişilər arasında qeyri-bərabər maaş probleminin hələ də qaldığını vurğulayıb. Cennifer digər bütün sahələrdə də bu haqsızlığın qaldığını xatırladıb.

Qeyd edək ki, Lourenslə Di Kaprio arasındakı qonorar fərqi sentyabrda nəşrin kino sənayesinin ən yüksək maaş alan ulduzları siyahısını dərc edəndə məlum olub. Aktrisa da bunu mediadan öyrəndiyini açıqlayıb.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR