DİN Gəncədə polis əməkdaşının qəzaya düşərək ölməsi ilə bağlı məlumat yayıb

DİN Gəncədə polis əməkdaşının qəzaya düşərək ölməsi ilə bağlı məlumat yayıb

Bu gün – noyabrın 24-də saat 07 30 radələrində Gəncə şəhər Regioal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.

Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə BPİ-də araşdırma aparılır.

09.26
Gəncə şəhərində polis əməkdaşı Renat Əliyevin ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, qəzada ölən R.Əliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşıdır.

08.36
Gəncə şəhərində minik avtomobili mağazaya çırpılıb.

101.az-ın məlumatına görə, şəhərin Müseyib Bağırov 157 ünvanında "Fiat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini şəhər ərazisindəki mağazalardan birinə çırpıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Renat Əliyev ağır xəsarət alıb.

R.Əliyev xəstəxanaya aparılan zaman dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.

101.az(report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR