Ermənistan ordusunun iki hərbçisi həbs olundu

Ermənistan ordusunun iki hərbçisi həbs olundu

Ermənistan ordusunun iki hərbçisi həbs olunub.

101.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş prokurorunun müşaviri Qor Abramyan öz rəsmi feysbuk hesabında paylaşıb.

Sözügedən şəxslər Ermənistanda müqavilə əsasında xidmət aparan 1992-ci il təvəllüdlü hərbçi Gevork Avetyanın ölməsi ilə bağlı başladılan cinayət işi çərçivəsində həbs olunublar və həmin şəxsin xidmət yoldaşı olublar.

Saxlanılan şəxslər Avetyanı döyməkdə və zorakılıq yolu ilə intihar həddinə çatdırmaqda ittiham olunurlar.

Ermənistan Müdafiə Nazirliyi noyabrın 15-i Çambarak adlı ərazidə insident baş verdiyini təsdiq edib. İlkin məlumata görə, Gevork Avetyan silahla davranış qaydalarını pozduğundan yaralanıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR