Taekvondo üzrə Azərbaycan çempionatında yenilik ediləcək

Taekvondo üzrə Azərbaycan çempionatında yenilik ediləcək

Yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək taekvondo üzrə Azərbaycan çempionatında hər klubdan eyni çəki dərəcəsində 2 idmançının iştirakına icazə veriləcək.

101.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının rəsmi feysbuk səhifəsi xəbər yayıb.

Bildiirlib ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi davam etdiyindən zona, şəhər birincilikləri keçirilməyib: "Bu amilin məşqçi və zona rəhbərlərinə idmançı seçimi etməkdə çətinlik yaradacağını nəzərə alaraq, federasiyanın İdarə Heyəti və Hakimlər Komitəsi respublika çempionatında hər klubdan eyni çəki dərəcəsində 2 idmançının iştirakına icazə verilməsini qərara alıb".

Qeyd edək ki, taekvondo üzrə Azərbaycan çempionatı 30 noyabr - 5 dekabrda təşkil olunacaq.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR