Cənubi Koreyada yük avtomobili sürücüləri tətilə başlayıb

Cənubi Koreyada yük avtomobili sürücüləri tətilə başlayıb

Cənubi Koreyada yük avtomobili sürücüləri nəqliyyat xərclərinin çoxalmasına etiraz əlaməti olaraq üçgünlük tətilə başlayıblar.

101.az Yonhap agentliyinə istinadla xəbər verir ki, “Yük avtomobili sürücülərinin həmrəyliyi” təşkilatının elan etdiyi tətil bütün ölkəni əhatə edir. Sürücülər sifarişçi şirkətlərdən daşımalara görə onlara ödənilən məbləğin, habelə bədbəxt hadisələrə görə sığorta ödənişlərinin çoxaldılmasını da tələb edir.

“Yük avtomobili sürücülərinin həmrəyliyi” təşkilatı 2016-cı ildən sonra keçirilən ilk tətil çərçivəsində noyabrın 27-də paytaxt Seulda kütləvi yürüşün təşkil olunacağını açıqlayıb. Təşkilatın rəsmisi bildirib ki, yanacağın qiymətinin bahalanması və digər xərclərin çoxalması səbəbindən yüklərin daha tez çatdırılması tələb olunur. Nəticədə sürücülər avtomobilləri daha sürətlə idarə etməli olurlar ki, bu da təhlükəlidir. Bundan başqa, sürücülər iş saatlarından əlavə çalışmağa məcbur qalırlar.

Mütəxəssislər bu tətilin logistik böhran yarada biləcəyini düşünür. Çünki ölkədə təxminən 10 min yük avtomobili sürücüsünün əksəriyyəti “Yük avtomobili sürücülərinin həmrəyliyi” təşkilatına üzvdür.

Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi məsələnin həlli üçün danışıqları davam etdirdiyini açıqlayıb.

101.az (AZƏRTAC)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR