Latviyanın məşhur “Melo-M” qrupu Gəncədə konsert proqramı ilə çıxış edib

Latviyanın məşhur “Melo-M” qrupu Gəncədə konsert proqramı ilə çıxış edib

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi və Latviyanın Azərbaycandakı sərfirliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında Latviyanın məşhur “Melo-M” violençel triosunun konserti keçirilib.

Konsertdə Latviyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Viya Buşa tamaşaçıları salamlayaraq konsertin Latviyanın yaradılmasının 103 illiyinə həsr olunduğunu bildirib. O qeyd edib ki, “Melo-M” triosunun regionlarda ilk çıxışı Gəncə şəhərində keçirilir. Viya Buşa Latviya ilə Azərbaycan arasında olan mədəni əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulayıb.

Daha sonra “Melo-M” qrupu çıxış edərək repertuarlarına daxil olan bir-birindən maraqlı musiqi parçaları təqdim ediblər. Azərbaycan, xüsusilə Gəncə tamaşaçıları üçün ifa olunan “Sarı gəlin” xalq mahnısı isə izləyicilər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, "Melo-M” triosu 2005-ci ildə Karlis Auzans, Mikelis Dobicins və Janis Pauls tərəfindən yaradılıb. Onlar dünya şöhrətli sənətkarlarla əməkdaşlıq edirlər.

















101.az



Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR