Xəzər Süleymanlı: "Şeir varsa biz də varıq, biz varıqsa şeir də var"

Xəzər Süleymanlı: "Şeir varsa biz də varıq, biz varıqsa şeir də var"

Məlum olduğu kimi, Gəncədə 26-28 noyabr tarixlərində "1-ci Gəncə Kitab Sərgisi" adlı layihə həyata keçirilib. Bununla əlaqədar olaraq məşhur qirayət ustası Xəzər Süleymanlı və şair Aqşin Evren kitab sərgisinin qonağı olublar. Ustadlar bir-birindən maraqlı şeirlər səsləndiməklə tamaşaçılara xoş anlar bəxş ediblər. Daha sonra isə Xəzər Süleymanlının və Aqşin Evrənin "Ayrılıqların təkrarı" adlı romanının təqdimatı və imza mərasimi baş tutub.

Xəzər Süleymanlı 101.az saytına müsahibəsində Bakıda və Sumqayıtda keçirilən kitab sərgisindən sonra Gəncədə belə möhtəşəm layihənin gerçəkləşməsinin sevindirici hal olduğunu bildirib.

"Gəncə söz sənətinin beşiyidir. Nizami yurdunda "Nizami Gəncəvi İli" çərçivəsində bu cür tədbirin həyata keçirlməməsi mümkün olmazdı. Çünki, bu il Nizami İli olduğu üçün bütün tədbirlər məhz onun yurdundan başlamalıdır. Düşünürəm ki, belə möhtəşəm tədbirin keçirilməsi Ulu Şeyxin də ruhunu şad etdi. Şəxsən mənim üşün isə şeirlə, poeziya ilə əlaqəli sərgidə iştirak etmək çox xoş haldır. Harada kitab varsa biz də varıq, biz varıqsa kitab da var", -deyə o əlavə edib.

Qirayət ustası gələcək planları haqqında da danışıb. O bildirib ki, artıq Bakıda Poeziya Teatrı yaradılıb və hazırda teatrın inkişafı üzərində müəyyən işlər görülür. Eyni zamanda, yaxın gələcəkdə şeir kitabının işıq üzü görəcəyini də qeyd edib.

Məlumat üçün bildirək ki, "1-ci Gəncə Kitab Sərgisi" Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi, “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı ilə 3 gün müddətində davam edib.









101.az

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR