Müxalifət Tsiprası istefaya göndərə bilmədi

Müxalifət Tsiprası istefaya göndərə bilmədi

Müxalifət Aleksis Tsipras başda olmaqla Yunanıstan hökumətinı istefaya göndərə bilməyib - Yunanıstan parlamenti şənbə günü etimadsızlıq votumunu rədd edib.

Oxu.Az xəbər verir ki, etimadsızlıq votumunun qəbul olunması üçün müxalifətin səsi çatmayıb.

Yunanıstan Kommunist Partiyası səsvermədə iştirakdan boyun qaçırıb. Səsvermənin nəticələri hələlik rəsmən elan olunmayıb.

İcmalçıların fikrincə, hökumətin istefaya göndərilməsi təşəbbüsü əvvəlcədən iflasa məhkum idi. Belə ki, Tsipras hökuməti parlamentdəki 300 yerdən 154-nə sahibdir.

Hökumətə etimadsızlıq göstərilməsi məsələsi üzrə prosedur cümə axşamı günü başlamışdı və bu, hökumətin Makedoniya Respublikasının adının dəyişdirilməsinə razılıq verməsi ilə əlaqədar olaraq gündəmə gəlmişdi.

Müxalifət hesab edir ki, qonşu ölkənin Şimali Makedoniya Respublikası adlandırılmasına dair saziş milli maraqlara zərbə vurur.

101.az (mənbə-oxu.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR