Xalq artisti koronavirusa yoluxdu

Xalq artisti koronavirusa yoluxdu

Xalq artisti Eldost Bayram koronavirusa yoluxub.

101.az xəbər verir ki, diktor 10 gündür Covid-19-la mübarizə aparır. Bu haqda şaiq Faiq Balabəyli məlumat yayıb.

O bildirib ki, Eldost Bayramov həkim nəzarətindədir. Həkimlər onun ağır günləri geridə qoyduğunu bildirib.

"Həkimlər əlavə edirlər ki, Eldost Bayramın müalicəsini davam etdirmək, başqa xəstəliklərindən də qurtulmaq üçün mütləq digər xəstəxanaya köçürülməlidir" deyə, F.Balabəyli qeyd edib. O deyib ki, diktorun yardıma ehtiyacı var.

Qeyd edək ki, Eldost Bayram 1972-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini davam etdirir.2008-ci ilin noyabrında "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ildə Cəfər Cabbarlı mükafatı alıb. 2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR