Məleykə Əsədovadan qızına sosial şəbəkə qadağası

Məleykə Əsədovadan qızına sosial şəbəkə qadağası

Xalq artisti Məleykə Əsədova sosial şəbəkələri tənqid edib.

101.az xəbər verir ki, aktrisa "Sənətdən kənar" verilişində qızı Gülərə interneti qadağan etdiyini bildirib. O qeyd edib ki, övladı heç bir sosial şəbəkədən istifadə etmir:

"İnternet zəmanəsinə gəlib çıxmışıq. Mənə xoş gəlmir. Bilməsinlər ki, sovet dövründən qalmışam. İnternet, İnstaqram, TikTok sənəti ucuzlaşdırdı. Təkcə sənətdən getmir söhbət, insanları da dəyişdi. Mənim qızıma Facebook, İnstaqram, TikTok icazəsi yoxdur. Qəti, özü də bilir ki, olmaz. Pandemiyada bir az internetə girdi. Razı deyiləm, otursun. Qızım nə öyrənəcək oradan? Uşaqlıqdan cinayət verilişlərindən, dəhşət filmlərindən qaçmışam.

Uşaq açır görür filan ata belə oldu, cinayət belə getdi. Sosial şəbəkə gənclərin tərbiyəsinə pis təsir edir. Ona görə də hər zaman deyirəm, məni verilişə çağıranda teatrdan danışın. Günah gənclərdə yox, bizlərdədi. Onlara sənəti göstərmirik".

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR