Benzema Anrinin rekordunu qırdı

Benzema Anrinin rekordunu qırdı

"Real"ın futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.

101.az xəbər verir ki, 34 yaşlı hücumçu La Liqanın 15-ci turunda evdə "Sevilya"ya qalib gəldikləri oyunda (2:1) buna nail olub.

32-ci dəqiqədə hesabı bərabərləşdirən Benzema klub karyerasında 361-ci qolunu vurub. Bununla da o, həmyerlisi Tyerri Anrini (360 qol) qabaqlayaraq, fransalı futbolçular arasında klub futbolu tarixinin bombardiri olub.

Benzema bu mövsüm Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 18 görüş keçirib və 16 qol vurub.

101.az (qol az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR