Ronaldo son 10 ildə ilk dəfə "TOP-5"dən kənarda

Ronaldo son 10 ildə ilk dəfə "TOP-5"dən kənarda

Portuqaliya millisinin və "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo son on ildə ilk dəfə "Qızıl top"un səsverməsində ilk beşliyə daxil olmayıb.

101.az xəbər verir ki, o, builki "Qızıl top"un səsverməsində 6-cı olub. Bununla da, 36 yaşlı hücumçu 2010-cu ildən sonra ilk dəfə 5-liyə düşə bilməyib.

Kriştiano Ronaldo karyerası ərzində 5 dəfə - 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə "Qızıl top"u qazanıb.

Qeyd edək ki, builki "Qızıl top"u Lionel Messi qazanıb. Ötən il bu mükafat koronavirus səbəbindən heç kimə təqdim olunmayıb.

101.az (qol az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR