Levandovski: "Güclü komandasız nüfuzlu mükafat qazanmaq olmaz"

Levandovski: "Güclü komandasız nüfuzlu mükafat qazanmaq olmaz"

"Qızıl top"u qazanan Lionel Messini və ən yaxşı qadın futbolçu seçilən Aleksiya Putelyası təbrik edirəm".

101.az-ın məlumatına görə, bu fikirləri Almaniyanın "Bavariya" klubunda çıxış edən Robert Levandovski sosial şəbəkə hesablarında yazıb.

"İlin hücumçusu mükafatını qazandım. Arxasında güclü komanda və sadiq azarkeşlər olmadan heç bir futbolçu nüfuzlu mükafat qazana bilməz. Dəstəyiniz üçün hamınıza minnətdaram", - deyə 33 yaşlı hücumçu əlavə edib.

Qeyd edək ki, Robert Levandovski jurnalistlər arasındakı səsverməyə əsasən, ikinci yeri tutub.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR