Braziliyada "omikron" ştammının ilk halları təsdiqlənib

Braziliyada "omikron" ştammının ilk halları təsdiqlənib

Braziliyanın San-Paulu ştatının Səhiyyə Nazirliyi ölkədə COVID-19-un yeni "omikron" ştammı ilə iki yoluxma halının aşkarlanması ilə bağlı məlumatı təsdiqləyib.

101.az-ın məlumatına görə, bu barədə ştat hökümətinin saytında bildirilib.

Qeyd olunub ki, yeni ştamm noyabrın 23-də Cənubi Afrikadan Braziliyaya gələn 41 yaşlı kişi və 37 yaşlı qadında təsdiqlənib.

Beləliklə, Braziliya dünyada COVID-19-un yeni ştamının aşkar edildiyini bildirən 20-ci ölkə oldu.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR