Azərbaycanlı ifaçılar Rusiyada birinci oldu

Azərbaycanlı ifaçılar Rusiyada birinci oldu

"Apple Music" musiqi xidməti Rusiyada 2021-ci ilin ən məşhur mahnılarını açıqlayıb.

101.az xəbər verir ki, siyahıda birinci yerdə azərbaycanlı məşhurlar HammAli&Navai-nin (Aleksandr Əliyev və Nəvai Bəkirov) "Птичка" adlı dueti durub.

"Apple Music"in mətbuat xidməti açıqlamasında bildirib ki, bu il Rusiyada insanlar ən çox bu dueti dinləyib və yükləyiblər.

Digər beşliyə isə "Снова я напиваюсь" (SLAVA MARLOW), "Венера-Юпитер" (Vanya Dmitrienko), "Сияй" (Ramil) və "Astronaut In The Ocean" (Masked Wolf) daxil olub.

Top 10-luğa daxil olan albomlar sırasında isə Jony "Небесные розы" yer alıb. O, onuncu yerdə qərarlaşıb.



101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR