İngiltərəli qadın nazir tank sürdü

İngiltərəli qadın nazir tank sürdü

Böyük Britaniyanın xarici işlər naziri Elizabet Truss Estoniyada Rusiya sərhədi yaxınlığında tank sürüb.

101.az xarici KİV-ə istinadən xəbər verir ki, Trussun bu addımını İngiltərənin keçmiş Baş naziri Marqaret Tetçerlə müqayisə edib.

Belə ki, Tetçer 1998-ci ildə Almaniyaya səfəri zamanı oxşar addım atmışdı.

Truss Rusiyanı pis niyyətli hərəkətlərdə ittiham edib və Ukraynanı işğal etməklə strateji səhvə yol verməməyə çağırıb.

O deyib ki, NATO xarici işlər nazirləri Rusiyanın Ukrayna sərhədləri yaxınlığına hərbi qüvvələr cəmləməsinə cavab strategiyalarını müzakirə etmək üçün Latviyada toplanacaq.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR