Bakıda yolu keçən piyadanı avtomobil vurub

Bakıda yolu keçən piyadanı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

101.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, 3-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Abdullayev Sahib Nizami oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qayığabənzər sümüyün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR