O gündən iki il ötür...

O gündən iki il ötür...

Dünyada COVİD-19 virusunun yayılmasından iki il ötür.

“101.az” xəbər verir ki, 2019-cu ilin dekabrın 1-də Çinin Vuhan əyalətindən dünyaya yayılan koronavirus 5 milyondan çox insanın ölümünə səbəb olub.

Azərbaycanda isə ilk yoluxma faktı 28 Fevral 2020-ci il tarixində qeydə alınıb.

COVİD-19 indiyədək ölkəmizdə 7 884 nəfərin ölümünə səbəb olub. Həmin gündən indiki tarixədək 590 113 nəfər yoluxub, 556 716 nəfər isə bu xəstəlikdən sağalıb.

Koronavirus dünyada olduğu kimi, Azərbaycanda da bir sıra məhdudiyyətlərə səbəb olub. Zamanla ictimai nəqliyyatın, ictimai-iaşə obyektlərinin fəaliyyəti dayandırılıb, sərhədlər bağlanıb, toy və yar mərasimlərinin keçirilməsi qadağan olunub. Azərbaycan vətəndaşları müəyyən müddət küçəyə SMS-icazə ilə çıxmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, araşdırmalara görə, indiyədək koronavirusla bağlı dünya mediasında 114 milyon xəbər yayımlanıb.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR