“Brent” nefti kəskin ucuzlaşıb

“Brent” nefti kəskin ucuzlaşıb

Bu gün Londonun “İCE Futures” birjasında keçirilən hərraclarda “Brent” markalı neftin fevral fyüçersləri 5,22 faiz ucuzlaşaraq 66,1 ABŞ dollarına satılıb.

101.az xəbər verir ki, sonuncu dəfə həmin marka 67 ABŞ dolları həddindən aşağı avqustun 23-də olub. Bakı vaxtı ilə saat 18.19-a olan vəziyyətə görə “Brent” 67,2 ABŞ dollarına satılıb ki, bu da əvvəlki hərraca nisbətən 2,42 faiz azdır.

Həmçinin “WTI” markalı neft də 3 faiz ucuzlaşaraq 63,61 ABŞ dollarına satılıb.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR