Belarusa qarşı növbəti sanksiyalar tətbiq olundu

Belarusa qarşı növbəti sanksiyalar tətbiq olundu

Avropa İttifaqı (Aİ) Belarusa qarşı beşinci sanksiya paketi hazırlayıb.

101.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə məhdudiyyətlər tətbiq olunanlar siyahısına 17 fiziki şəxs, 11 təşkilat daxil edilib. Hazırda Aİ-nin anti-Belarus sanksiyalarında iştirak edən şəxslərin ümumi sayı 183 nəfərə və 26 təşkilata çatıb.

Sanksiyalar fiziki şəxslərin Aİ-yə girişinə qadağa, habelə fiziki şəxslərin və təşkilatların hesablarının dondurulmasını nəzərdə tutur. Bundan əlavə, avropalı şəxslərə və şirkətlərə bu siyahılarda olanlara vəsait köçürmək qadağandır.

“Belarusda vəziyyət yaxşılaşmasa, biz gələcəkdə o cümlədən təsərrüfat subyektlərinə qarşı da tədbirlər görməyə hazırıq”, - Aİ-nin sənədində deyilir.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR