Kintana Polşa klubundan ayrıldı

Kintana Polşa klubundan ayrıldı

"Qarabağ"ın sabiq futbolçusu Dani Kintana Polşanın "Yagelloniya" klubundan ayrılıb.

101.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Belostok təmsilçisi ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

İspaniyalı futbolçu uzun müddətdir zədədən əziyyət çəkir. Buna görə də "Yagelloniya"da yaydan indiyədək cəmi 3 matça çıxıb. Bu da nə klubu, nə də futbolçunun özünü qane edib. Kintana bu ilin iyununda Polşa klubuna keçmişdi.

Qeyd edək ki, Dani Kintana 2015 - 2020-ci illərdə "Qarabağ"da oynayıb. O, 2013-2014 mövsümündə də "Yagelonniya"da çıxış edib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR