“Niva”nın yaradıcısı vəfat etdi

“Niva”nın yaradıcısı vəfat etdi

“Chevrolet Niva” avtomobilinin baş konstruktoru Valeri İvanoviç Domanski 77 yaşında vəfat edib.
101.az xəbər verir ki, o, uzun müddət klassik “Niva” avtomobilləri layihəsi üzərində işləyib, baş konstruktor kimi VAZ-21213 və 21214 modellərinin modifikasiyasında iştirak edib.

Mühəndisin həyatının ən vacib layihələrindən biri Rusiya Müdafiə Nazirliyi tərəfindən sifariş edilən üzən “Niva” (VAZ-2122 “Çay”) modeli olub.

Konstruktorun son layihəsi “GM-AVTOVAZ” müəssəsi tərəfindən buraxılan “Chevrolet-Niva” avtomobili olub.

O, son illər bu modeli yaxşılaşdırmaq üçün çalışmalarını davam etdirirdi.

101.az(mənbə-oxu.az)


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR