Əməkdar jurnalist dünyasını dəyişdi

Əməkdar jurnalist dünyasını dəyişdi

Əməkdar jurnalist, yazıçı-publisist Əhməd İsayev 81 yaşında dünyasını dəyişib.

101.az xəbər verir ki, o, ötən gün Bakıda vəfat edib.

Ə.İsayevin ölümünə səbəb xroniki ürək çatışmazlığı olub.

Qeyd edək ki, Ə.İsayev Azərbaycan Jurnalistlər İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. “Qızıl qələm”, “Ustad” ali jurnalistika, “Həsən bəy Zərdabi” və “Araz” ali ədəbi mükafatlar laureatı olub. 2006-cı ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR