Dünyanın ən yaşlı insanı 119 yaşını qeyd edib

Dünyanın ən yaşlı insanı 119 yaşını qeyd edib

Ginnesin Rekordlar Kitabında dünyanın ən yaşlı qadını kimi düşən yapon qadın Keyn Tanakanın 119 yaşı tamam olub.

101.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın Fukuoka prefekturasında qocalar evində yaşayır. Pandemiya məhdudiyyətləri səbəbindən onun qohumları ilə görüşmək imkanı yoxdur.

Keyn Tanaka 1903-cü ildə anadan olub. İkinci Dünya Müharibəsi zamanı əri və böyük oğlunu itirib. Qadın bütün həyatı boyu mağazada satıcı çalışıb. XX əsrin 70-ci illərində o, təqaüdə çıxıb və bir neçə dəfə ABŞ-a səfər edib, 2005-ci ildən isə qocalar evində yaşayır.

103 yaşında o xərçəngə qalib gəlib. O vaxtdan bəri onun başqa ciddi xəstəlikləri olmayıb.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR