İnsan beynini oxuyan robot yaradıldı

İnsan beynini oxuyan robot yaradıldı

Çinli alimlər beyin dalğaları və əzələ aktivliyini izləyərək, insan beynini oxuya bilən geyinilən robot istehsal ediblər.

101.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər robotun 96 faiz insan zehnini oxuya bildiyini irəli sürüblər.

Robotun işləməsi üçün hər hansı əmr verməyə ehtiyac yoxdur, sadəcə düşünməklə robot işə düşür.

Robot Çində bir fabrikdə işləyənlər üzərində sınaqdan keçirilib və düşüncəyə anında reaksiya verdiyi müəyyənləşdirilib.

Ancaq robotun dəqiq nəticə verməsi üçün insanların bir şey haqqında düşünməlidirlər, dağınıq düşüncələr robotun fəaliyyətini məhdudlaşdırır.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR