“Milan” böyükhesablı qələbə qazanıb liderliyə yüksəldi

“Milan” böyükhesablı qələbə qazanıb liderliyə yüksəldi

Bu gün futbol üzrə İtaliya A Seriyasının 21-ci turuna “Venesiya”–“Milan” oyunu ilə start verilib.

101.az xəbər verir ki, “Penco” stadionunda keçirilən görüşdə milanlılar üstün olublar - 0:3.

“Rossonyeri”nin heyətində Zlatan İbrahimoviç və Teo Hernandes (2) fərqləniblər.

Qeyd edək ki, matçın 58-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Mixael Svobida birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu qələbə sayəsində “Milan” xal ehtiyatını 48-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. İki oyun az keçirən “İnter” 46 xalla ikinci yerdədir. “Venesiya” isə 17 xalla on altıncı yerdə qərarlaşıb.

Turun digər görüşləri gün ərzində keçiriləcək.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR