Gəncə Dövlət Dram Teatrının səhnəsində CAVAD XAN tamaşası nümayiş olunacaq

Gəncə Dövlət Dram Teatrının səhnəsində CAVAD XAN tamaşası nümayiş olunacaq

Tezliklə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə Gəncə Dövlət Dram Teatrında CAVAD XAN tarixi dramı nümayiş olunacaq.

101.az bildirir ki, junalist, yazıçı, Gəncənin ziyalı xanımı Nüşabə Əsəd Məmmədlinin qələmə aldığı tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Tamaşanın rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı Mirzə Mehdi, musiqi tərtibatı Sevda Əliyeva, rejissor assistenti Nişanə Qurbanovadır.

Baş rollarda Xalq artisti Pərvanə Qurbanova və Əməkdar artist Elxan Yunis iştirak edəcək. O cümlədən, tamaşada
Əməkdar artistlər İlham Hüseynov,Ramiz Vəliyev, Novruz Cəfərov, Salamulla İsmayılov, aktyorlar Yusif Cəfərov, Samir Abbasov, Murad Meyfəliyev, Şahmar Məmmədov, Ruslan Hüseynov, Günay Cabbarova, Sevinc Hüseynova, Mətləb Təhmazi, Emil Salmanov, Elmir Məmmədov
Zəminə Cəfərova, Şükufə Salmanova, Həsən Cəfərov, Hüseyn Cəfərov, Seymur Məmmədov, Nailə Əhmədova, Zaur Əhmədov, Orxan Mirzəyev, Samir Rzayev, Mirheydər Seyidov, Akif Səfərov, Murad Nazim və Rizvan Quliyev çıxış edəcəklər.

Qeyd edək ki, tamaşa 15-16 yanvar 2022-ci il tarixində saat 17:00-da nümayiş olunacaq.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR