Qalatasaray”ın keçmiş futbolçusu qəzada öldü

Qalatasaray”ın keçmiş futbolçusu qəzada öldü

Türkiyə millisinin sabiq futbolçusu Ahmet Çalık avtomobil qəzasında ölüb.

101.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

28 yaşlı futbolçunun idarə etdiyi maşın Ankara-Niğde yolunda aşıb. Təcili tibbi yardım hadisə yerinə gəlsə də, futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Ahmet Çalık 2017-2020-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, 2015-2017-ci illərdə Türkiyə yığmasının heyətində 8 oyun keçirib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR